Şagirdini hamilə qoyan 59 yaşlı müəllim həbs edildi - Lerikdə

saytların hazırlanması

Evə çatdırılma

Şagirdini hamilə qoyan 59 yaşlı müəllim həbs edildi - Lerikdə

Kriminal

08 Aprel 2020 10:25 1970


Daxili İşlər Nazirliyi Lerik rayonunda 17 yaşlı qızın müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalması haqda açıqlama verib.

Yenisabah.az-ın məlumatına görə, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə)  və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır:

"Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Zərərçəkmiş M. B polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib". Sezar pizza

E. Zahidov qeyd edib ki, bununla bağlı martın 23-də Lerik Rayon Polis Şöbəsinə şikayət daxil olub: "Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də qeyd edilən maddələrlə cinayət işi başlanılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək". 

Qeyd edək ki, təqsirləndirilən 59 yaşlı Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Her ne
    AYIBDIR YALAN MƏLUMAT PAYLAŞMIYIN! ŞƏFAHƏT MÜƏLLİMƏ ŞƏR ATILIB! GÖZÜNÜZÜ AÇIN GERÇƏKLƏRİ GÖRÜN! VƏ ETMƏDİYİ BİR ŞEYƏ GÖRƏ CƏZA VERİRSİZ AYIB OLSUN! CAN MÜƏLLİM CAN ALLAH HƏR ŞEYİ GÖRÜR NARAHAT OLMAYIN. ŞƏR ATILIB BİLİRƏM O DÜNYASINDA CƏZALARIN ÇEKERLER İNŞƏALLAH ALLAH BÖYÜKDÜR. CANM YANR GUNAHSIZ BİRİ HEBS EDİLİB DEYE. MƏNİM ONUN ÖVLADLARININ-AİLƏSİNİN CANINI YAKDIZ ALLAH BAĞIŞLAMASINI SİZİ! OFFF TEZ ÇIXIN DAYI TEZ(????☝️????????
    5 years ago