“İmtahan barədə danışarkən hər zaman dürüstlük və ədalətlilik prinsiplərinə diqqət etmişik. Şagirdlərimiz riyazi bacarıqlarla bağlı axsayırlar. Məhz buna görə də, yeni imtahan modeli lazımdır. XXI əsr tələb və bacarıqların yazı, riyazi tapşırıq, mətn və situasiya vasitəsilə ölçülməsinə imkan verir. İmtahanlarda fənlərin sayının azalılması da bu modelin əsas xüsusiyyətlərindəndir. Bu, həm qiymətləndirmə yükünü azaldır, həm də abituriyentlərə psixoloji baxımdan müsbət təsir göstərir".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən hesabat tədbirində deyib:
"İngilis dili imtahannda dinləyib-anlama tapşırıqları üçün yeni resurslar hazırlanıb. DİM bu barədə xeyli işlər görüb. Xatırladım ki, ingilis dili üzrə ali təhsil alan məzunlarımızın sayı artır. Bu, sevindirici haldır”, - deyə nazir qeyd edib. Dominos pizza

Sabrina Eldarqızı
Telegram kanalımız