Şagirdlərin dodağından öpən müəllim həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərin dodağından öpən müəllim həbs olundu

Maraqlı

17 Mart 2022 16:54 1473


İstanbulun tanınmış kolleclərindən biri bu müəllimin qısnaması ilə gündəmə gəlib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kollecin 38 yaşlı qadın müəllimi oğlan şagirdlərini cinsi qısnamaya məruz qoyduğu iddiası ilə həbs edilib.

Belə ki, müəllimlərinin onlara qarşı fərqli davranışlarını görən oğlan şagirdlər bu barədə ailələrinə danışıblar. Dominos pizza

Ailələrin müdaxiləsi ilə məktəb rəhbərliyi sözügedən müəllimi intizam komitəsinə çağırıb. Əməllərinin ifşa olunacağını anlayan qadın dərhal 4 il işlədiyi məktəbdən istefa versə də, canını qurtara bilməyib və əməllərinə görə polis tərəfindən saxlanılıb.

Psixoloqların müşayiəti ilə polislər tərəfindən ifadələri alınan şagirdlərin sözlərinə görə, müəllimləri onlara “seks ilahəsi” olduğunu deyib və onların dodağından öpərək liftdə cinsi xarakterli oyunlar oynayıb.

Araşdırmalar zamanı evli olan müəllimin şagirdlərinə yazdığı seksual mesajlar da üzə çıxıb. Məhkəməyə çıxarılan müəllim uşaqlara qarşı cinsi istismara görə həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!