Şagirdlərin qış tətili olacaqmı? -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərin qış tətili olacaqmı? - RƏSMİ AÇIQLAMA

Hadisə

12 Yanvar 2021 10:18 882


Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı açıqlama verib.

Təhsil Nazirliyindən Yenisabah.az-a bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Nazirlik həmin tətillə bağlı yaxın günlərdə açıqlamanın veriləcəyini bildirib. pizza sifarişi

Xatırladaq ki, pandemiya ilə əlaqədar oktyabrın ortalarından noyabrın 2-dək şagirdlərə iki həftəlik tətil verilmişdi. Bu səbəbdən noyabrda şagirdlər üçün nəzərdə tutulan 5 günlük payız tətili ləğv edilib və həmin tətil müddətində şagirdlər distant formada təhsillərini davam etdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!