Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Siyasət

15 May 2025 13:23 254


Pakistan baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenisabah.az xəbər verir ki,o, Azərbaycan dövlət başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.

Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib. Dördpendirli pizza

Azərbaycan dövlət başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!