Şahbuz və Kəngərlidə yanğınlar baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Şahbuz və Kəngərlidə yanğınlar baş verdi

Hadisə

02 Sentyabr 2024 22:19 561


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kəndində həyətyanı sahədə, Kəngərli rayon Yurdçu kəndində isə ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şahbuz və Kəngərli Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub. Dominos pizza

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Şahbuz rayonunda yanğın hadisəsi nəticəsində 20 kvadratmetr quru otluq sahə yanıb, 580 kvadratmetr sahə yanğından mühafizə olunub. Kəngərli rayonunda isə 2040 kiloqram ot bağlaması və tayanın üzərinə qurulan 42 kvadratmetr sahəsi olan çardağın yanar konstruksiyaları yanıb, 510 kiloqram ot bağlaması isə yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!