Şahbuzda ağır qəza: 4 yeniyetmə xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Şahbuzda ağır qəza: 4 yeniyetmə xəsarət aldı

Hadisə

22 May 2024 16:56 739


Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Külüs kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər kənd sakini - 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndırilir. Marqarita pizza

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək sürüb və bu zaman qəza törədib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!