Şahdağ Milli Parkında 16 ağac kəsilib

saytların hazırlanması

Evə çatdırılma

Şahdağ Milli Parkında 16 ağac kəsilib

Sosial

01 İyul 2020 13:50 736


Şahdağ Milli Parkının əməkdaşları Milli parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində müxtəlif cinsli 16 ağacın kəsildiyi və təbiətə 4 218 manat məbləğində ziyan dəydiyi müəyyən edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Qəbələ rayon Tikanı kənd sakinləri Asim və Hidayət Şəfiyevlər tərəfindən kəsildiyi aşkar edilib. 

Faktla bağlı qanun pozucuları barəsində akt tərtib olunub. Marqarita pizza

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Qəbələ rayon Prokurorluğuna göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!