Şahdağ Milli Parkında yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

Şahdağ Milli Parkında yanğın başladı

Hadisə

19 Oktyabr 2020 18:33 1090


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Sezar pizza

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!