Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib - Fotolar

Sosial

02 Dekabr 2019 13:45 1176


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.

O qeyd edib ki, Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb. Sevindirici haldır ki, artıq onların sayı 13 olub. Toyuqlu pizza

2020-ci ildə daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!