“Şahdəniz”dən Türkiyəyə qaz ixracı dayandırılıb?

saytların hazırlanması

Evə çatdırılma

“Şahdəniz”dən Türkiyəyə qaz ixracı dayandırılıb?

İqtisadiyyat

27 Aprel 2021 18:25 1273


Azərbaycanın “Şahdəniz” yatağından Türkiyəyə qaz ixracı aprelin əvvəlində dayandırılıb.

Yenisabah.az “Platts’”a istinadla xəbər verir ki, bu barədə konsorsiumun ən böyük səhmdarı olan BP məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Türkiyəyə verilən illik 6.6 milyard kubmetr həcmində qaza dair 2001-ci ildə razılaşdırılmış müqavilənin müddəti bu ayın əvvəlində bitib. Buna görə də, qaz təchizatı aprelin 17-dən dayandırılıb. Pepperoni pizza

BP “Şahdəniz” konsorsiumunun bir müddətdir Türkiyənin dövlət qaz idxalçısı olan BOTAŞ-la yeni qaz satışı müqaviləsi üçün danışıqlar apardığını və bu müzakirələrin davam etdiyini açıqlayıb. Şirkətin maliyyə direktoru Mürrey Okinkloss bildirib ki, müqavilə yenidən müzakirə edilib və müddəti 2033-cü ilədək uzadılıb.

BP, həmçinin, TANAP boru kəməri ilə çatdırılan 6 milyard kubmetr qazın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində BOTAŞ-a qaz tədarükünün normal olaraq davam etdiyini təsdiqləyib.

BOTAŞ Azərbaycan qazını 2001-ci il müqaviləsi çərçivəsində “Şahdəniz” qaz yatağının işlənməsinin birinci mərhələsində Bakı-Tbilisi-Ərzurum boru kəməri başa çatdıqdan sonra, 2007-ci ilin iyul ayından idxal etməyə başlayıb.

Konsorsiuma BP (% 28,8), TPAO – Türkiyə (% 19), SOCAR (16,7%), “Petronas” – Malayziya (15,5%), “Lukoil” — Rusiya (10%) və NIOC – İran (10%) şirkətləri daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!