Milli Məclisin sədri Sahibə Qafarova və iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Şentop arasında bu gün telefon danışığı olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Sahibə Qafarova məlumat verib.
“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”, - deyə spiker qeyd edib. Dördpendirli pizza
Telegram kanalımız