Sahibə Qafarova Moskvada səfərdədir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Moskvada səfərdədir - Fotolar

Siyasət

21 Sentyabr 2020 20:34 1569


Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyada rəsmi səfərdədir.

Yenisabah.az xəbər verir ki, spiker Azərbaycanın Rusiyadakı Səfirliyinə gələrək ümummilli lider Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Qeyd edək ki, bu, S.Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir. pizza

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Moskva şəhərinin “Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb. Sabah S.Qafarova səfər proqramına uyğun olaraq rəsmi görüşlərə başlayacaq.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!