Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir

Siyasət

21 Sentyabr 2020 17:08 601


Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 21-də Rusiyaya rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu, S.Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Sezar pizza

Moskva şəhərinin “Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb. Sabah Parlamentin Sədri Sahibə xanım Qafarova səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!