Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak etdi - Fotolar

Siyasət

26 Aprel 2025 19:41 269


Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Dominos pizza

Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt Taçın Arxiepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından başsağlığını çatdırıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!