Sahibə Qafarovadan növbədənkənar sessiya barədə sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarovadan növbədənkənar sessiya barədə sərəncam

Siyasət

31 İyul 2020 17:33 926


Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixində Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. pizza mizza

Qeyd edək ki, üç gün davam edəcək sessiyada 6 məsələyə baxılacağı gözlənilir. Bunlardan ən əsası "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!