"Sahibkarların maliyyəyə çıxışın təmin edilməsi üçün bu ilin ötən dövründə layihələrin ümumi dəyəri 159,5 milyon manat olan 416sahibkara geri qaytarılan vəsaitlər hesabına 41,5 milyon manat güzəştli kredit verilib".
"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib. O əlavə edib ki, bu isə 1500-dən çox iş yerinin yaradılmasına imkan verəcək.
Xatırladaq ki, bu gün Bakıda "Sahibkarlıq Günü"nə həsr olunmuş tədbir keçirilir. pizza
Telegram kanalımız