Sahibkarları sevindirən XƏBƏR - Daha bir il 

saytların hazırlanması

Evə çatdırılma

Sahibkarları sevindirən XƏBƏR - Daha bir il 

İqtisadiyyat

01 Fevral 2023 15:16 1452


Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. 

Yenisabah.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qanun layihəsi müzakirədən sonra qəbul olunub.  pizza hut

Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan yoxlamalar) istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb. 

Qanun layihəsi həmin vaxtın daha bir il müddətinə (2024-cü il yanvarın 1-dək) uzadılmasını nəzərdə tutur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!