Sahibkarların qənimi həbs olundu   – Məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

Sahibkarların qənimi həbs olundu – Məhkəmə

Kriminal

22 Aprel 2020 13:17 836


Oğurluq və dələduzluq maddəsi ilə axtarışda olan şəxs yaxalanıb. 

“Yeni Sabah”ın məlumatına görə, Kərimov Cəbrayıl Mikayıl oğlu barəsində Cinayət Məcəlləsinin 178-ci və 177-ci maddələri cinayət işi başlanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Rəşid Səmədovun icraatına verilib. 

Xatırladaq ki, Səbail RPİ 9-cü Polis Bölməsində vətəndaşın etibarından sui-istifadə edən, müxtəlif adlar və qiyafələrdə sahibkarlara özünü “Hacı Ramin” kimi təqdim edən, 1988-ci il təvəllüdlü, Lənkəran şəhərində anadan olan 26 iyul 2019-cü ildən Səbail RPİ tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə axtarışı elan edilən Kərimov Cəbrayıl Mikayıl oğlu olduğu müəyyən edilib. Fakt üzrə toplanan material axtarışda olan C.Kərimov barəsində Nəsimi rayonunda olan digər cinayət işinə əlavə edilib. İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs avqustun 31-də “Sədərək” Ticarət Mərkəzinə gələrək uşaq oyuncaqları mağazasından 3000 manat dəyərində oyuncaqları yeni açdığı mağazaya tədarük edəcəyini deyərək ünvana çatdırılması üçün sifariş verib. Yolda sahibkarın etibarından sui-istifadə edərək ondan 210 manat alaraq, gedəcəkləri ünvanda qaytaracağını vəd edib, lakin avtomobildən düşərək naməlum istiqamətə gedərək qayıtmayıb.  Sezar pizza

C.Kərimov 2018-ci ildə həmin ticarət mərkəzindən sahibkarların etibarından sui-istifadə edərək birindən 3000 manat, digərindən 1050 manat dəyərində kompüter dəstlərini, 2019-cü ildə başqa ticarət obyektindən 1500 və 600 manat dəyərində məhsulları analoji üsulla talayıb. O, toplanan matreriallar üzrə cari ilin iyun ayında saxlanaraq Xəzər RPİ-yə təhvil verilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsə də, istintaqdan yayındığına görə iyunun 25-də axtarışı elan olunub. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!