Sahibkarlıq fəaliyyəti üçün icazələrin siyahısı genişləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Sahibkarlıq fəaliyyəti üçün icazələrin siyahısı genişləndirilir

İqtisadiyyat

28 Noyabr 2022 18:50 1446


Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilir.

“Qida təhlükəsizliyi haqqında” qanuna əsasən qida obyektləri 30 iş günü müddətində qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq təsdiq olunur və ya təsdiqdən imtina edilir. pizza

Eyni zamanda qida və yem məhsullarının idxalı və ixracı zamanı müvafiq olaraq idxal sağlamlıq aktının və sağlamlıq sertifikatının verilməsi nəzərdə tutulub.

Qeyd olunan prosedurun (qida obyektlərinin qeydiyyatı) təsbit olunması və həmin icazələrin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilməsi məqsədilə “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik təklif olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!