Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

saytların hazırlanması

Evə çatdırılma

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

İqtisadiyyat

21 Yanvar 2022 11:36 1083


Sahibkarlıq sahəsində aparılan yoxlamaların 1 il müddətinə dayandırılması təklif olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı deputatların fikirləri dinlənilib. pizza mizza

Təkliflərə əsasən ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) 2023-cü il yanvarın 1-dək dayandırılır.

Qeyd edək ki, bundan öncə həmin müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!