"2025-ci ilin dövlət büdcəsinin icrası göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf kursu mürəkkəb qlobal iqtisadi şəraitdə belə ölkəmizin dayanıqlı inkişafını, maliyyə sabitliyini və vətəndaş rifahının yüksəldilməsini təmin edib”.
"Yeni Sabah" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, son illərdə dünyada geosiyasi gərginliklərin, logistika zəncirlərində pozuntuların, energy və ərzaq bazarlarındakı dəyişkənliyin davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub, dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərib: Sezar pizza
“Bu nəticələrin əsasında fiskal intizamın gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasına davamlı diqqət dayanır. 2025-ci ildə dövlət və icmal büdcələr müəyyən edilmiş prioritet istiqamətlərin, sosial təminat tədbirlərinin, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldilməklə icra edilib və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsi təmin edilib”.
Nazim Hacıyev
Telegram kanalımız