Sahil Babayevdən keçmiş nazirin kadrına vəzifə təyinatı 

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayevdən keçmiş nazirin kadrına vəzifə təyinatı 

Sosial

02 İyul 2019 11:36 1026


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumun sosial təminat siyasəti şöbəsinə yeni müdir təyin edib. 

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Babək Hüseynov ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki,   B.Hüseynov bundan əvvəl sosial təminat siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.  Sabiq nazir Füzuli Ələkbərovun ən yaxın adamlarından sayılır. pizza

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbovun mövqeyini öyrənməyə çalışsaq da, o, zənglərimizə cavab verməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!