Sahili çirkləndirənlər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Sahili çirkləndirənlər cəzalandırıldı

Sosial

25 İyul 2025 22:29 536


Paytaxtın Xəzər, Qaradağ, Xətai rayonlarında və Sumqayıt şəhərində sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.

Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 14 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.

Xəzər rayonu ərazisində isə bir nəfər tərəfindən sahilboyu mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılması aşkar olunub və həmin şəxs barəsində inzibati tədbir görülüb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!