Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.
Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.
İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər. Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb. pizza mizza
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbəri Cavid Qurbanov olub. Ötən gün Şahin Bağırov AVF-nin rəhbəri seçilib.
Telegram kanalımız