Şahin Bağırov şöbə rəisini işdən çıxardı - TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Şahin Bağırov şöbə rəisini işdən çıxardı - TƏYİNAT

Siyasət

07 Yanvar 2025 17:03 429


Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsindən azad edilib. 

 Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

 Əmrə əsasən, gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.  Pepperoni pizza

 Qeyd edək ki, Həmid Şirinov ötən ilin aprel ayında Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, 2018-ci ilin oktyabr ayından Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeyd edilən İdarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində də xidmət edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!