Şahin Mustafayev İran rəsmisi ilə Araz barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev İran rəsmisi ilə Araz barədə danışdı

Maraqlı

20 Oktyabr 2022 13:56 1061


Baş nazirin müavini Şahin Mustafayev oktyabrın 20-də İranın vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika, mədəniyyət, ətraf mühit və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Eyni zamanda, bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib. pizza sifarişi

Həmçinin, ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Eyni zamanda, Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olundu, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!