Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

İdman

28 Dekabr 2021 01:17 649


Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.

Yenisabah.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Ardınca yeni seçkilər keçirilib və Ş.Mustafayev yenidən federasiyanın prezidenti seçilib. Marqarita pizza

Yığıncaqda həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinə üzv seçiliblər.

Tədbirdən sonra federasiya prezidenti Şahin Mustafayev jurnalistlərin suallarını cavablandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!