Şahin quşlarını ovlamaq istəyən şəxsin özünü “ovladılar“ 

saytların hazırlanması

Evə çatdırılma

Şahin quşlarını ovlamaq istəyən şəxsin özünü “ovladılar“ 

Hadisə

14 Noyabr 2020 10:57 850


Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib. 

Yenisabah.az-ın məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun Azı deyilən ərazisində şahin quşlarını ovlamaq istəyən rayonun Aranlı kənd sakini Yaqub İbayev saxlanılıb. 

“Qanun pozucusunun idarə etdiyi 90-UM-312 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı şahin quşlarının ovlanmasında istifadə edilən kustar üsulla hazırlanmış kürəyində tələ olan 2 çöl göyərçini, 5 tələ və şahin quşlarının saxlanılması üçün qəfəslər aşkar edilərək maddi sübut kimi götürülüb”. Pepperoni pizza

H.Əlizadə qeyd edib ki, fakla bağlı təqsirkar Yaqub İbayev barəsində akt və protokol tərtib olunub və o, 2000 manat məbləğdə cərimə edilib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!