Şahin Şıxlinski axtarışa verildi - “Azərbaycan səfirliyinin otelindədir”

saytların hazırlanması

Evə çatdırılma

Şahin Şıxlinski axtarışa verildi - “Azərbaycan səfirliyinin otelindədir”

Sosial

17 İyul 2025 20:40 1129


Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.

Yenisabah.az ura.ru-ya istinadla xəbər verir ki, bir gün əvvəl oğlu Mutvalı Şıxlinski dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunaraq 2 aylığa həbs olunub.

“Azərbaycan-Ural” diaspor təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-i axşam saatlarında saxlanılmışdı. O və oğlunun olduğu avtomobil “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında qarşılanıb. Saxlanılan zaman maşını Mutvalı idarə edib. Təhlükəsizlik qüvvələrindən biri maşının qapısını açmaq istəyəndə sürücü qəfil arxaya keçib və nəticədə təhlükəsizlik işçisi asfalta yıxılıb. Pepperoni pizza

"Şıxlinski ilə əlaqə saxlamaq mümükün olmadığınadan axtarışa verilib. O, Azərbaycanın Moskvadakı səfirliyinin binasında yerləşən oteldə gizlənə bilər", - deyə Rusiya DİN-dəki mənbə bildirib.

Qeyri-rəsmi məlumata görə, bu gün onun Yekaterinburqdakı mənzilində axtarış aparılıb.

İkinci mənbə iddia edir ki, Şahin Şıxlinski bir gün əvvəl istintaq təcridxanasına göndərilən oğlu Mutvala kimi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə şübhəli bilinir. “Deyirlər ki, oğluna aradan çıxmaq əmrini məhz Şahin verib”, - mənbə bildirib.

Diaspor rəhbəri iyulun 7-dən zənglərə cavab vermir. Ailəsi ilə də əlaqə saxlamaq mümkün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!