"Azərbaycan-Ural" ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski axtarışa verilib.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, o, Cinayət Məcəlləsinin maddəsi üzrə axtarılır. Bununla belə, onun hansı maddə üzrə axtarıldığı göstərilmir. pizza
Şıxlinski ictimai xadim, iş adamı, Sverdlovsk vilayəti “Azərbaycan-Ural” ictimai təşkilatının sədri və “Azərros” Azərbaycan mədəniyyət mərkəzinin rəhbəridir.
Xatırladaq ki, iyulun 1-də Azərbaycan diasporunun rəhbəri Yekaterinburqda saxlanılıb, daha sonra şahid qismində dindirilərək sərbəst buraxılıb.
Saxlanılan zaman o, avtomobildə oğlu Mutvali Şıxlinski ilə birlikdə olub və o, avtomobili ilə hüquq-mühafizə orqanının əməkdaşını vurub. İyulun 16-da oğlu dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham edilərək həbs edilib.
Xatırladaq ki, bir müddət əvvəl Şahin Şıxlinskinin Moskvada, Azərbaycan səfirliyinin hotelində gizləndiyi iddia olunurdu.
Yeri gəlmişkən, Məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iki ay müddətinə həbs edilən oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
Telegram kanalımız