Şahmar Hüseynov vəzifəsindən AZAD EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Şahmar Hüseynov vəzifəsindən AZAD EDİLDİ

İqtisadiyyat

28 Mart 2024 12:34 8482


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şahmar Hüseynov müvafiq əmrlə İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

Onun əvəzinə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib. pizza hut

Qeyd edək ki, Q. Qurbanov əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində çalışıb. 1998-ci ildən fəaliyyətini BP şirkətində davam etdirib.

2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!