Şahmat üzrə onlayn yoldaşlıq görüşü keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Şahmat üzrə onlayn yoldaşlıq görüşü keçiriləcək

İdman

04 Fevral 2021 19:55 805


Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Sədərək Rayon Bölməsinin, Sədərək Rayon Təhsil Şöbəsinin, Türkiyənin İzmir Deha Şahmat İdman klubunun və Pakistan Zəka İdmanları Şahmat klubunun birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat üzrə “3 dövlət, tək ürək” devizi altında onlayn yoldaşlıq görüşü keçiriləcək.

Yenisabah.az Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 7-də saat 12:00-da Lichess.org internet platforması vasitəsilə keçiriləcək görüşdə hər komandada 12 şahmatçı olmaqla, ümumilikdə, müxtəlif dərəcəli 36 şahmatçı şagird iştirak edəcək.

Yarışın yekun nəticələri Naxçıvan Şahmat Federasiyasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytlarında elan olunacaq. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!