Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Sosial

26 Fevral 2025 13:16 151


Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Marqarita pizza

Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb.

Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!