Şahnaz Bəylərqızı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Şahnaz Bəylərqızı həbs olundu

Siyasət

06 Fevral 2025 15:18 272


"Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsi qəarar çıxarıb.

Qərara əsasən, o, 3 ay 15 gün müddətə həbs edilib. Dördpendirli pizza

Şahnaz Bəylərqızı ötən gün saxlanılıb. O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!