Şahramanyan SİRRİ açdı:   “Xankəndidəki partlayışı onlar törətdi”

saytların hazırlanması

Evə çatdırılma

Şahramanyan SİRRİ açdı: “Xankəndidəki partlayışı onlar törətdi”

Hadisə

28 Oktyabr 2023 23:39 2391


“Xankəndidə partlayış məntəqədə deyil, ordumuzun yanacaq anbarında baş vermişdi”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib.

Separatçı lider erməni sakinlərin diqqətsizliyi ucbatından partlayışın olduğunu bildirib: Dominos pizza

“Partlayış “müdafiə nazirliyi”nin anbarında baş verdi. Biz orada yanacağı istifadə üçün saxlayırdıq, lakin edə bilmədik. İnsanlar diqqətsiz və nəzarətsiz şəkildə, təhlükəsizlik qaydalarına əməl etməyib maşınlarına yanacaq yükləmək üçün anbara eniblər. Onlar yanacağı özləri çıxarmağa çalışıblar. Qaydalara riayət etmədikləri üçün də bu partlayış oldu və çox sayda insan həyatını itirdi. Biz onların hər birinin Ermənistana gedə biləcəklərini demişdik. Lakin onlar özləri maşınları ilə getmək üçün anbardan yanacaq almağa çalışdılar. Ermənistan istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!