“Şahramanyandan “Artsax”ı buraxmağı Paşinyan tələb edib” - Bu iddia İrəvanı qarışdırdı

saytların hazırlanması

Evə çatdırılma

“Şahramanyandan “Artsax”ı buraxmağı Paşinyan tələb edib” - Bu iddia İrəvanı qarışdırdı

Rəsmi

24 Oktyabr 2023 10:16 885


Qondarma “DQR”ın sonuncu “prezident”i Samvel Şahramanyan separatçı xuntanın təslim olması haqqındakı sənədi Ermənistanın Baş naziri Nikol Paşinyanla məsləhətləşmə nəticəsində imzalayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Qəzet yazır ki, Ermənistan hakimiyyəti ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsinin olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır. Dominos pizza

“Lakin hakimiyyətdaxili rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatları qeyd edib. Baş nazir həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək, hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”, - deyə məlumatda qeyd edilib. 

Erməni nəşri əlavə edib ki, Azərbaycan tərəfi terrorçu rejimin buraxılması – qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndidəki separatçı xunta başçılarına çatdırandan sonra S. Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan ilə əlaqə saxlayıb.

“MTX direktorunun vasitəçiliyi ilə Şahramanyanın Paşinyanla telefon danışığı olub və Baş nazir ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, eləcə də müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”, – xəbərdə deyilir. 

Qeyd edək ki, bu iddia sosial şəbəkələrin erməni seqmetində cididi müzakirələrə yol açıb və İrəvanda Paşinyan əleyhinə olan cəbhəni bir qədər də genişləndirib. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!