Şahruddin ən çox seyv edən və qol buraxan qapıçılar arasında

saytların hazırlanması

Evə çatdırılma

Şahruddin ən çox seyv edən və qol buraxan qapıçılar arasında

İdman

12 Noyabr 2021 12:45 798


Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində həm buraxılan qol, həm də seyv sayında liderlərdəndir.

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsində Lüskemburqla dünən Bakıda keçirilən oyunda seyvlərinin sayını 44-ə çatdırıb.

Şahruddin bu göstəricidə Avropa zonasında 2-ci sıraya yüksəlib. O, San-Marinonun qapıçısı Elia Benedittiniyə çatıb. Hər iki qolkiper 44 qurtarış edib. Cədvələ Lixtenşteyn yığmasının qolkiperi Bencamin Buşel başçılıq edir. O, 57 seyvə imza atıb. Dominos pizza

Ən çox top buraxanlar siyahısında da Məhəmmədliyevin adı var. 27 yaşlı oyunçu 8 görüşdə 18 dəfə məyus olub. San Marinonun qapıçısı Elia Benedettini qapısında 32, Lixtenşteyndən Benyamin Büxel 28, Maltadan Genri Bonello isə 24 qol görüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!