Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev "Sabah" və "Neftçi"nin təkliflərini qəbul etməyib.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qapıçının meneceri məlumat paylaşıb.
Futbolçunun meneceri bildirib ki, 29 yaşlı qapıçı Azərbaycana qayıdacağı təqdirdə, "Neftçi" və "Sabah"ın formasını geyinməyəcək. Dominos pizza
Qeyd edək ki, bu mövsüm Türkiyə Super Liqasına yüksələn "Eyüpspor" klubu da Şahruddin Məhəmmədəliyevə təklif göndərib.
Telegram kanalımız