Şahruddin Məhəmmədəliyev dörd aydır pulsuz qalıb

saytların hazırlanması

Evə çatdırılma

Şahruddin Məhəmmədəliyev dörd aydır pulsuz qalıb

İdman

28 Dekabr 2023 22:29 1576


Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” ciddi maliyyə böhranı ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, Türkiyə klubu dörd ay öncə iki illik müqavilə imzaladığı Azərbaycan millisinin qapıçısının müqavilə şərtlərini yerinə yetirə bilmir.

Sentyabrın 5-də “Qarabağ”dan Super Liqa təmsilçisinə keçən kiper ötən müddətdə əməkhaqqı almayıb. “Adana Demirspor” ona yalnız müəyyən məbləğdə “imza pulu” verib. Toyuqlu pizza

Tanınmış yerli iş adamı Murat Sancakın biznes fəaliyyətində durğunluq yaranıb. O, bu səbəbdən prezidenti olduğu kluba kifayət qədər vəsait ayırmaqda çətinlik çəkir.

Yaranmış vəziyyət komanda daxilində narahatlığı artırıb. Artıq Endryu Qravillo buradan ayrılıb.

25 yaşlı müdafiəçinin bir neçə aydır maaşını ala bilmədiyi üçün vəkili vasitəsi ilə Super Liqa təmsilçisi ilə müqaviləsini təktərəfli ləğv etdiyi iddia olunub.

Qravillo artıq klub axtarışına da başlayıb. Onun Rusiya “Spartak”ı ilə danışıqlar apardığı və bu komandaya transfer olunacağı bildirilir./Sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!