Şahruddin “Sabah”dan 300 min dollar istədi

saytların hazırlanması

Evə çatdırılma

Şahruddin “Sabah”dan 300 min dollar istədi

İdman

25 İyun 2024 00:48 811


"Adana Demirspor"la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev Azərbaycana qayıda bilər.

Belə ki, uzun illər "Qarabağ"ın formasını geyinmiş qapıçı "Sabah"ın danışıqlar aparmaqla bağlı təklifini qəbul edib.

Yenisabah.az Sportinfo.az-ya istinadən xəbər verir ki, millinin "1 nömrə"sinin bu formanı geyinmək üçün Konfrans Liqasının iştirakçısından nə qədər pul istəməsi də bəllidir. "Şah"ın ürəyindən keçən illik məbləğ 300 min dollardır. pizza hut

Şahruddin Məhəmmədəliyev 3 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib.

O, 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. Klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!