Şahruddin Türkiyədə ilk oyununa çıxdı,   2 qol buraxdı

saytların hazırlanması

Evə çatdırılma

Şahruddin Türkiyədə ilk oyununa çıxdı, 2 qol buraxdı

İdman

25 Sentyabr 2023 11:06 670


Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib. 

Yenisabah.az xəbər verir ki, qapıçı Superliqanın 6-cı turunda "Kasımpaşa" ilə səfər oyununda meydana çıxıb. 

O, ilk 11-likdə yer almasa da, 23-cü dəqiqədə qırmızı vərəqə alan digər qapıçı Ertaç Özbiri əvəzləyib. Oyun "Kasımpaşa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin oyunda 2 qol buraxıb. O, meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra - 25-ci (cərimə zərbəsindən) və 51-ci dəqiqlərdə (penaltidən) qapısında qol görüb. "Kasimpaşa" 2-ci qolu penaltidən vurub. Sezar pizza

"Adana Demirspor" 8 xalla 9-cu pillədə qərarlaşıb. 

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay "Qarabağ"dan "Adana Demirspor"a keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!