“Şahruddinə and içdirmək lazımdır ki, qabağa çıxma?” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Şahruddinə and içdirmək lazımdır ki, qabağa çıxma?” - Deputat

İdman

29 İyul 2023 12:36 1010


"Qarabağ" futbol klubunda ən çox müzakirə olunan oyunçu Şahrudindir. Etdiyi kobud səhvlər "Qarabağ"a çox baha başa gəlir. Yadıma SSRİ-inin əfsanəvi qapıçısı Rinat Dasayevin bir müsahibəsi düşdü. Həmin müsahibədən: 

“Bizim ailə inanclı ailədir. Mən isə uşaqlıqdan ibadət edirəm. Evimizdə həmişə Quran olub. Bir dəfə oyunların birində çantamdakı Quran kitabımı oğurladılar. Mən çox pis oldum. Quran həmişə mənə kömək olub. Müqəddəs kitabdan birini də axtarıb tapdım və dərhal çantama qoydum.” 

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev özünün facebook hesabında yazıb. "Qarabağ"ın qapıçısı Şahruddinin oyununu tənqid edən parlamentari fikrini belə tamamlayıb: "Bizim Şahrudin tez-tez qabağa çıxır və rəqib oyunçular dərhal bu səhvi tuturlar. Bir dəfə qabağa necə çıxmışdısa mərkəzdən vurulan topun arxasınca iməklədi. Ancaq faydası nə? Top artıq qapıda idi. Bu adama and içdirmək lazımdır ki, qabağa çıxma? Yaxud topun trayektoriyasını hiss etmədən tullanır. Müqəddəs kitabımız köməyi olsun!  Pepperoni pizza

P.S. 1983-cü ildə "Neftçi", "Spartak" oynunda İsgəndər Cavadovun zərgər dəqiqliyi ilə Səmədağa Şıxlarova ötürdüyü topu ikincinin ustalıqa Dasayevin qapısından keçirdiyi qol möhtəşəm idi. Onda Dasayev Şahrudin kimi davranmamışdı, sadəcə başla vurulan topu qaytarmaq gücündə deyildi". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!