Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" bu gün Türkiyə Superliqasında növbəti oyuna çıxacaq.
Yenisabah.az xəbər verir ki, Adana təmsilçisi 31 -ci turda liderlərdən olan "Fənərbaxça"nın qonağı olacaq. Oyun Bakı vaxı ilə saat 21:30-da başlayacaq.
3 aprel Pepperoni pizza
Türkiyə Superliqası, 31-ci tur
21:30. "Fənərbaxça" - "Adana Dəmirspor"
Qeyd edək ki, "Adana Demirspor" 39 xalla 10-cu, "Fənərbaxça" isə 79 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir.
Telegram kanalımız