Şahruddinin yerinə o gəlir - “Qarabağ“dan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Şahruddinin yerinə o gəlir - “Qarabağ“dan AÇIQLAMA

İdman

08 Sentyabr 2023 15:46 827


Qapıçı Şahruddin Məhəmmədəliyevin "Adanaspor"a keçidindən sonra Ağdam təmsilçisi UEFA-ya yeni qolkiper sifariş edəcək.

Yenisabah.az Fanat-a istinadla xəbər verir ki, bunu "köhlən atlar"ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi Şahruddinin əvəzinə UEFA-ya gənc "çərçivə" qoruyucusu Amin Ramazanovun adının göndəriləcəyini bildirib. pizza mizza

Hazırda "Qarabağ"ın 3 qapıçısı var. Bunlar bir müddət öncə "Bayer Leverkuzen"i Azərbaycan təmsilçisinə dəyişən Andrey Lunyov, Luka Quqeşaşvili və Amin Ramazanovdur.

Qeyd edək ki, ağdamlılar AL-in H qrupunda "Bayer Leverkuzen" (Almaniya), "Molde" (Norveç) və "Hekken"lə mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!