Türkiyə mediası "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı iddia irəli sürüb.
Yenisabah.az xəbər verir ki, "TRT Spor"un saytının yaydığı xəbərə görə, Superliqası təmsilçisi "Adana Demirspor" Azərbaycan millisinin qapıçısını transfer etməyə yaxındır.
Bildirilib ki, Ş.Məhəmmədəliyevlə 2+1 illik müqavilə imzalanması üçün razılıq əldə olunub. Adana təmsilçisinin 29 yaşlı futbolçu üçün Ağdam klubuna təzminat ödəməyəcəyi iddia edilib. pizza mizza
Qeyd edək ki, Türkiyədə yay transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.
Əlavə edək ki, "Adana Demirspor" bu mövsüm Superliqada 4 turdan sonra 5 xalla (3 oyun) 10-cu pillədə qərarlaşıb.
Telegram kanalımız