Şahrudin rəsmən “Qarabağ”da - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şahrudin rəsmən “Qarabağ”da - FOTO

İdman

18 İyul 2024 13:03 912


“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Klubdan Yenisabah.az- a verilən məlumata görə, Ağdam təmsilçisi Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən oyunçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. pizza hut

Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə də Ağdam klubunun şərəfini qoruyub. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper “Qarabağ”da 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan milli komandasında 29 oyun keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!