Şairə Vəfa Şərifovaya söz atdı:  “Evdə kişiyə dedim”

Şairə Vəfa Şərifovaya söz atdı: “Evdə kişiyə dedim”

Şou Veb saytların hazırlanması

06 Dekabr 2023 16:57 775


Şairə Nazilə Səfərli "Instagram" hasabında video paylaşaraq həmkarlarının hərəkətlərinə lağ edib

Yenisabah.az xəbər verir ki, o, gündəmə gəlmək üçün bütün üsullara əl atanlara söz atıb:

"Evdə kişiyə dedim ki, gəl, gündəm-gündəm oynayaq. Mən çıxıb efirdə deyim ki, ayrılmışıq, sən də sonra hədiyyə-zad göndər, barışaq. Dedi ki, gör ayın axırına nə qədər var? Maaşı haçan alaram, onda verərəm hədiyyəni. İndidən küsürsənsə, küs, amma hədiyyən ayın axırı gələcək. Mən küsə də bilmirəm, gündəm-gündəm də oynaya bilmirəm. Mənim axırım nə olacaq?! 

Məni də öyrədin nə olar, siz nətəhər edirsiz ki, kişi sizin hər dediyinizi edir? Kişiləri necə barmağınızda oynadırsız? Bunun məktəbi hardadır?"

Xatırladaq ki, iki gün öncə Vəfa Şərifova həyat yoldaşından ayrıldığını açıqlamışdı. Daha Sonra "Tarixin bir günü" verilişinə qonaq olan Vəfaya çiçək dəsti hədiyyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!