“Qara dənizdə kəşf edilmiş qaz yatağı 2027-ci ilə qədər ən yüksək istehsal gücünə çatanda Türkiyənin daxili ehtiyacının təxminən üçdə birini təmin edəcək".
Yenisabah.az “Bloomberg News”a istinadla xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönmez bildirib.
“İlkin olaraq 2023-cü ildə Türkiyə 3,5 milyard kubmetr qaz istehsal gücü ilə işə başlayacaq. Məqsəd ilk hasilatı 4 ili ərzində bu gün Avropa İttifaqı istehsalının təxminən dörddə biri, illlik təxminən 15 milyard kubmetrə çatdırmaq olacaq”. Toyuqlu pizza
Dövlət enerji şirkəti olan “Turkiye Petrolleri AO” təxminən 540 milyard kubmetr ehtiyata malik olan “Sakarya” yatağında dörd mərhələdə 40 quyu qazmağı planlaşdırır. Onun ehtiyatı 765 milyard dollara bərabərdir.
Dönmezin sözlərinə görə, hökumətin beynəlxalq neft şirkətlərini yataqların istismarına dəvət etmək planı yoxdur, çünki TPAO bunu təkbaşına etmək üçün texniki imkanlara malikdir.
“Türkiyə, hazırda qaz istehlakının demək olar ki, hamısının payına düşən idxaldan asılılığını azaltmaqla illik 44 milyard dollarlıq hesabını azaltmağı hədəfləyir”, – deyə nazir qeyd edib.
Telegram kanalımız