Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sosial

05 İyun 2025 01:36 250


Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar iyunun 5-də elektrik xətləri sifarişə əsasən açılacaq. Sezar pizza

Bununla əlaqədar olaraq, saat 09:00-dan saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!